<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Sən hələ dünyaya heç gəlməmişdin,
 Əllərimi qoydum Mən sənin üstə.
 Doğuldun sən xoşbəxt ulduz altında,
 Dünyada yox ikən Mən sevdim səni.

[C1]
   Sən doğruldacaqsan ümidlərimi,
   İzzətimi səndə göstərəcəyəm.
   Körpə balam, qorxma, Mən səninləyəm,
   Görürəm səyini, məhəbbətini.

[V2]
 Qulaqlarıma çatır o duaların,
 Eşidirəm hər an, hər saat səni.
 Hikmətimlə səni dolduracağam,
 Qoymaram heç zaman Mən darda səni.

[C2]
   İncili yazacam Mən ürəyinə,
   Mən Özüm açacam hər sirri sənə.
   Mən Özüm verəcəm öyüd-nəsihət,
   Qüdrətimi səndə göstərəcəyəm.

[V3]
 Dilə balam, dilə, diləyən alar,
 Hər diləyən alar, axtaran tapar.
 Müdriklik istədin, onu verəcəm,
 Hikmətimlə səni dolduracağam.

[C3]
   Saleh bir həyat sür, imanla yaşa,
   Tamam bir az vaxt da keçəcək, balam,
   Mən sənin ardınca qayıdacağam,
   Səbrli, duanda səyli ol, balam.

[C4]
   Möhkəm ol imanda, duanda, balam,
   Əbədi həyatdır qismətin sonda.
   Daha bir az zaman keçəcək, inan,
   Mən sənin ardınca qayıdacağam.</lyrics>
<title>Sən hələ dünyaya heç gəlməmişdin İL523</title>
<hymn_number>523</hymn_number>
</song>